Cənubi Koreya istehsalçısı "LG K51S" təhlükəsiz smartfonun elanından üç ay sonra "K51" modelini təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "LG K51" smartfonu 1560x720 piksel təsvir ölçülü 6,5 düymlük ekran, 2,0 QHs takt tezlikli "MediaTek Helio P22" mobil platforması, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. "microSD" yaddaş kartının köməyi ilə daxili yaddaşın tutumunu 2 TB-dək artırmaq mümkündür.
Cihazın əsas kamerası üç sensordan ibarətdir: 13 (əsas, f/1.8), 5 (genişbucaqlı optika, f/2.2) və 2 mp-lik (dərinlik sensoru, f/2.4). Ön kameranın təsvir ölçüsü 8 mp-dir. Aparatın daha bir özəlliyi ön paneldə təmiz və tutumlu səslənməni təmin edən stereodinamiklərin quraşdırılmasıdır.
Qurğu "USB Type-C" portu vasitəsilə enerji toplayan 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. ABŞ-da smartfonun dəyəri 150 dollar təşkil edir.
Milli.Az
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .png) 
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                    .jpg) 
                    .jpg) 
                     
                    .jpg) 
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        