Maraqlı

Kiber cinayətkarlar məsafədən işləyən əməkdaşların cihazlarına əngəl törədirlər

9 May 2020 19:25
0 Şərh     Baxış: 542
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron poçt və məlumatların qorunması üzrə fəaliyyət göstərən "Mimecast"şirkəti, kiber cinayətkarların son zamanlar gücləndiyi barədə məlumat yayıb.

Cinayətkarların internet hücumlarına ən çox məruz qalanlardan biri "MSC" gəmiçilik şirkətinin İT sistemidir.

Koronavirus pandemiyasının cərəyan etdiyi dönəmdə əməkdaşlar evdə çalışdığından, cinayətkarlar virus haqqında məlumat adı altında istifadəçilərə saxta linklər göndərirlər. Əməkdaş linkə keçid etdiyi zaman kompüterə və ya smartfona internet-virusu qəbul etmiş olur. Nəticədə cihaz sıradan çıxır və məlumatlar yoxa çıxır.

İT sistemə hücumla bərabər, dələduzlar saxta link vasitəsilə virus əleyhinə saxta dərmanlar və ya qoruyucu vasitələr də təklif edir.

"Mimecast Threat Intelligence" şirkətinin açıqlamasına görə, cinayətkarların hücumu 2019-cu ilə nisbətən, 2020-ci ilin ilk 3 ayında 33% artıb.

Aparılan araşdırmalara əsasən, kiber cinayətkarlara məxsus 60 minə yaxın domen aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.