Maraqlı

Poco F2 Pro-nun təqdimat tarixi elan edildi

9 May 2020 20:15
0 Şərh     Baxış: 1 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi şirkəti jurnalistlərə Poco F2 Pro smartfon modelinin təqdimatı üçün dəvətləri göndərməyə başlayıb. Bu barədə Androidauthority saytı xəbər verib. Beləliklə Poco brendinin yeni smartfon modeli olacaq Poco F2 Pro 12 may tarixində Madrid şəhərində təqdim olunacaq. Sözügedən smartfon Redmi K30 Pro modelinin qlobal versiyası olacaq. Buna görə də Poco F2 Pro 6.67 düym AMOLED ekran, Snapdragon 865 prosessoru, 33 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya, hərəkətli ön kamera, NFC modul və Wi-Fi 6 standartı ilə təchiz olunmalıdır. Bununla yanaşı 12 may tarixində MIUI 12 istifadəçi interfeysinin qlobal versiyası istifadəyə verilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.