Maraqlı

“iPhone SE” smartfonunun əsas problemi açıqlanıb

9 May 2020 08:21
0 Şərh     Baxış: 1 090
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İT jurnalistləri yeni nəsil "iPhone SE" smartfonunu avtonom iş müddətinə görə tənqid ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən aparat bazardakı digər qurğularla müqayisə edilib. İnternet səhifələrinə baxış vaxtı "iPhone SE" aparatı 9 saat 5 dəqiqə avtonom işləyib: bu, keçirilmiş sınaqda ən aşağı göstəricidir. Məsələn, "iPhone XR" 2 saat daha çox işləyib. "YouTube"dan videoları izləmə zamanı "iPhone SE" aparatının avtonom iş vaxtı 4 saat 45 dəqiqə olub. Müqayisə üçün, "Samsung Galaxy S10e" cihazında bu göstərici təxminən 8 saat təşkil edib.

"Apple"ın ən ucuz smartfonu aprelin 15-də təqdim edilib. Aparatın dizaynı ABŞ şirkətinin klassik cihazlarını xatırladır: 4,7 düymlük çərçivəli displey, "Touch ID" ilə olan "Home" düyməsi, tək kamera.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.