İT jurnalistləri yeni nəsil "iPhone SE" smartfonunu avtonom iş müddətinə görə tənqid ediblər.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, sözügedən aparat bazardakı digər qurğularla müqayisə edilib. İnternet səhifələrinə baxış vaxtı "iPhone SE" aparatı 9 saat 5 dəqiqə avtonom işləyib: bu, keçirilmiş sınaqda ən aşağı göstəricidir. Məsələn, "iPhone XR" 2 saat daha çox işləyib. "YouTube"dan videoları izləmə zamanı "iPhone SE" aparatının avtonom iş vaxtı 4 saat 45 dəqiqə olub. Müqayisə üçün, "Samsung Galaxy S10e" cihazında bu göstərici təxminən 8 saat təşkil edib.
"Apple"ın ən ucuz smartfonu aprelin 15-də təqdim edilib. Aparatın dizaynı ABŞ şirkətinin klassik cihazlarını xatırladır: 4,7 düymlük çərçivəli displey, "Touch ID" ilə olan "Home" düyməsi, tək kamera.
Milli.Az