Maraqlı

Yeni USB 4 (USB-C) portu 16K monitorları belə dəstəkləyəcək

7 May 2020 08:35
0 Şərh     Baxış: 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

USB portları uzun zamandır ki, bir çox işimizi həll edir. Hal-hazırda USB portları arasında ən yenisi olan USB 3.1 portu çox sürətli fayl ötürməsini dəstəkləyir. Bu gün isə Vesa şirkəti 16K monitorları və 80 Gbps görüntü ötürmə sürətinə malik USB 4 (USB-C) portunu təqdim etdi. Bu port həm də DisplayPort 2.0 olaraq adlandırılır və monitorları kompüterə qoşmaq üçün istifadə edilə biləcək.

Bu texnologiya yaxın zamanda istifadəyə verilməyəcək. Hədəf 2021-dir.

        USB 4 (USB-C) portları ilə saniyədə 10 GB fayl ötürməsi də mümkün hala gələcək. Qeyd edək ki, bu port əsasən görüntü ötürmək üçün nəzərdə tutulub. Yəni ənənəvi USB Type-C portları ilə səhv salmayın. Lakin yaxın zamanda bunu görməyimiz çox da mümkün görünmür. Vesa şirkətinin dediklərinə görə ekosistem daxilində bu portların istifadəsi üçün ən tez 2021-ə qədər gözləməli olacağıq. Nəzərə alsaq ki, 8K TV və monitorlar hələ yeni-yeni istifadəyə verilir, 16K dəstəkli monitorları görməyimiz uzun vaxt ala bilər. Həmçinin USB 4.0 (Type-C) portları da təkmilləşməyə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.