Maraqlı

Gözün beynə göndərdiyi naməlum siqnal

5 May 2020 23:20
0 Şərh     Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər, gözümüzdən beynə gedən bir siqnal kəşf etdilər. Bu siqnal məhdudlaşdırıcı bir məzmuna sahibdir. Bu funksiyanın şüuraltı səviyyələrə təsir etdiyi deyilir.

Uzun illər boyunca biologiya dərs kitablarında "Gözümüz, beynimizlə yalnız bir növ siqnal yolu ilə ünsiyyət qurur" məlumatını gördük. Yaxın zamanlarda aparılan araşdırmaya baxılsa, torlu qişanın bəzi neyronları daha az istifadə edilən bir yolu seçir.

Şimal-qərb (Northwestern) Universitetində aparılan araşdırmaya görə torlu qişanın bəzi neyron çoxluqları, beynə məhdudlaşdırıcı siqnallar göndərir. Bundan əvvəl alimlər gözün beynə yalnız xəbərdaredici siqnallar göndərdiyini düşünürdülər. Xəbərdaredici siqnallar neyronları daha çox xəbərdar edərkən məhdudlaşdırıcı siqnallarsa neyronları daha az xəbərdar edir.

Universitetin araşdırma qrupu, bu məhdudlaşdırıcı siqnalların şüuraltı davranışlara müdaxilə etdiyini kəşf etdi. Məsələn bioloji ritmimizin işıqlıq və qaranlıq dövrlərə sinxronizasiyası və parlaq işıqda göz bəbəklərimizin kiçilməsi bu şüur xarici davranışlar arasında iştirak edir. Bu neyronların necə işlədiyini daha yaxşı anlayaraq işığın davranışlarımıza necə təsir etdiyinə bağlı daha çox məlumat əldə edə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.