Pandemiya dövründə aktuallığını qorumaq məqsədilə LinkedIn yeni funksiyasını təqdim edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu yenilik iş görüşmələri ilə bağlı olacaq. Yeniliyə görə, iş axtaranlar tanıtım videosu vasitəsilə özlərini təqdim edəcəklər. Bu, sahibkarlara müraciətçiləri daha yaxşı dəyərləndirmək imkanı verəcək. Videoda müraciətçi özündən və gördüyü ən mürəkkəb işdən bəhs etməlidir. Video göndərilmədən öncə onu bir neçə dəfə çəkmək mümkün olacaq.
Qeyd edək ki, bu addım iş münasibətlərinin hər iki tərəfini videozəng üçün Zoom-a üz tutmaqdan yayındırmaq, LinkedInə cəlb etmək məqsədilə atılıb.
Milli.Az