Maraqlı

Google canlı yayımı alt yazıya köçürə biləcək

5 May 2020 08:15
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google-ın yeni funksiyası videolardakı səsləri alt yazıya köçürə bilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Live Caption adlı bu funksiya eşitmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Funksiya ilk olaraq Google Pixel4 istifadəçilərinin ixtiyarına verilib. Samsung və OnePlusun bəzi modelləri də daxil olmaqla bir neçə telefon modellərinin sahibləri artıq bu yenilikdən faydalanırlar.

Bu funksiya yalnız canlı yayımda deyil, səsli zənglər zamanı da istifadə edilə biləcək. Amma funksiya aktivləşdirildikdə qarşı tərəfə bildiriş gedəcək. Bildirişdə bu sözlər yazılacaq: "Salam. Danışdığınız şəxs alt yazı funksiyasını aktivləşdirib. Bu, qarşı tərəfin dediklərinizi daha yaxşı anlamasına xidmət edir".

Qeyd edək ki, funksiyanı aktivləşdirmək üçün heç bir internet bağlantısına ehtiyac yoxdur. O, gələcəkdə bütün Android istifadəçilərinin ixtiyarına veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.