Maraqlı

“Vəziyyət daha da pis olacaq, tələsmək olmaz” - Zukerberq pandemiya barədə bədbin danışdı

2 May 2020 21:05
1 Şərh     Baxış: 1 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Facebookun yaradıcısı Mark Zukerberq koronavirus pandemiyası və onun nəticələri barədə öz proqnozlarını bölüşüb. O, Amerika hökumətini karantin tədbirlərini və məhduyyətləri qaldırmaqda tələsməməyə çağırıb
.
Milli.Az medicina.az-a istinadən bildirir ki, milyarder karantinin yumşaldılması vəziyyəti dərinləşdirib, yeni yoluxma alovlanması yaradacağını bildirib.

"Hətta bir anlıq belə karantindən çıxma faciəvi nəticələr verə bilər. Mən narahatam ki, bəzi sahələrin və müəssisələrin tez açılması, praktiki olaraq yeni yoluxma dinamikası yaradıb, tibbi və iqtisadi böhranı uzun müddətli pisləşdirəcək"

Facebook rəhbəri pandemiyanın fəsadlarının düşündüyündən və gözlənildiyindən böyük və ciddi olacağını bildirib.

Pandemiya dövründə Facebook, WhatsApp və Instagram istifadəçilərinin sayının xeyli yüksəldiyini, reklamların isə mart ayından azalıb. Buna baxmayaraq, facebookun gəlirləri elə də azalmayıb və o sabit mövqeyini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.