Maraqlı

Xiaomi-dən saç uzadan elektron daraq

30 Aprel 2020 21:40
0 Şərh     Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xiaomi saç tökülməsi MN-in qarşısını alan elektron daraq istehsal edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, daraq eyni zamanda saçların sürətlə uzanmasına da kömək edir. Elektron daraq plastik dişlərinin arasından yaydığı işıq vasitəsilə saç köklərinə təsir edir. Bu zaman qırmızı və yaşıl işıqlardan istifadə olunur. Daraq üzərindəki kiçik düymə vasitəsilə işə salınır. Düyməni vurduqdan sonra işıqlar yayılmağa başlayır və saçın uzanma müddətini azaldır. Elektronikanın saç dərisini təmizlədiyi, yağlılığı azaltdığı, qapanan məsamələri açdığı da bildirilir. Məhsulun daraq hissəsini çıxararaq yumaq da mümkündür. Elektron darağın satış qiyməti isə 56 avrodan başlayır. Daraq 16-24 həftə istifadə etdikdən sonra nəticə verməyə başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.