Amazon.com pandemiya dövründə qiymətləri qaldırdığına görə, Hagens Berman hüquq şirkəti tərəfindən məhkəməyə verilib.
Milli.Az ted.az-a istinadən bildirir ki, məhkəmə iddiasında Amazonun karantindən istifadə edərək maska, ağrıkəsici, dezinfeksiyaedici kimi məhsulların qiymətini qaldırdığı bildirilir. Bildirilib ki, bəzi istehsalçıları qiymət artımına görə günahlandıran Amazonun satış qiymətlərini süni şəkildə qaldırması biznes qanunlarına ziddir.
Qeyd edək ki, əksər ölkələrdə xüsusi və fövqaladə rejimlər zamanı qiymətlərinin 10%-dən artıq qaldırılması qadağandır.
Milli.Az