Maraqlı

Facebook şirkəti Whatsapp messencerini WeChat-a çevirməyi planlaşdırır

28 Aprel 2020 20:15
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Whatsapp insanlar arasında ünsiyyət vasitəsi kimi məşhurdur. Lakin yaxın gələcəkdə onun funksionallığı genişləndirilə bilər. İnternetdə ortaya çıxmış məlumata əsasən Facebook şirkəti Whatsapp messencerini Çindəki WeChat-a çevirməyi planlaşdırır. Bu cür dəyişikliyin əsas ideyası Whatsapp-dan pul köçürmələri, taksi servislərinin sifarişi və digər faydalı əməliyyatların yerinə yetirilməsi ilə əlaqəlidir. Bu barədə 4pda saytı xəbər verib.

Məlumata əsasən öz servislərinin məşhurlaşdırılması üçün Facebook şirkəti şərqi regionlardakı fəaliyyətini genişləndirməyi planlaşdırır. Həmin regionlarda isə supertətbiqlər çox məşhurdurlar. Bu cür tətbiqlər bir interfeys daxilində digər bir neçə servisi birləşdirirlər. Məsələn messencerdən çıxmayaraq pul köçürmələrini, yemək sifarişini və ya online mağazada alış-verişi reallaşdırmaq olar.

Gözləntilərə əsasən genişləndirilmiş imkanlara sahib Whatsapp-dan ilk öncə Hindistandan olan istifadəçilər yararlana biləcəklər. Tətbiqlərin ən uğurlu biznes modellərindən biri də onların ticarət platformalarına çevirməkdir. Whatsapp-ın yüksək istifadəçi kütləsinə sahib olduğunu nəzərə alsaq, Facebook onun üzərində əsl imperiya qura bilər. Bunun reallaşdırılmasına isə Hindistanın Reliance Industries şirkəti kömək edəcək. Facebook artıq bu şirkətə 5.7 milyard dollar investisiya yatıraraq onun ən böyük səhmdarı olub. Yeni funksiyalara sahib Whatsapp-ın nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.