Maraqlı

VKontakte istifadəçiləri şəxsi səhifəsini reklam edə biləcəklər

25 Aprel 2020 19:50
0 Şərh     Baxış: 545
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

VKontakte sosial şəbəkə istifadəçiləri yaxın zamanda öz profillərini reklam edə biləcəklər. Hələ ki, funksiya test rejimində sınaqdan keçirilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda sözügedən sosial şəbəkə məlumat yayıb.

Məlumata görə, yeni funksiya şəxsi brendin inkişafına təkan verə bilər. Məsələn, bu funksiya bloger, mütəxəssis və məşhurlar üçün bir fürsətə çevriləcək.

Funksiya sadəcə profili deyil, eyni zamanda hər bir paylaşım və statusu da reklam edəcək. Bundan başqa, profil sahibləri reklamın şəbəkənin kompüter, yoxsa mobil tətbiq versiyasında aparılmasını da müəyyən edə biləcək.

Şəxsi səhifənin reklam xəbər lentində adi yazı kimi görünəcəkdir. Onun üstünə klik etdikdə isə istifadəçi göstərilən səhifəyə yönləndiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.