Maraqlı

COVID-19 qəpik və kağız pullar vasitəsilə insana keçə bilər?

21 Aprel 2020 19:09
0 Şərh     Baxış: 2 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-un qəpik və kağız pullar vasitəsilə ötürülə bilməsinin mümkünlüyünü açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyi bildirir ki, hazırda COVID-19 virusunun qəpik və ya kağız pullar vasitəsilə ötürülə biləcəyini təsdiq və ya təkzib edən fakt yoxdur. Buna baxmayaraq, infeksiyaya yoluxmuş insandan xaric olunan tənəffüs damcıları səthlərin üzərinə düşə və orada qala bilər.

ÜST bunları nəzərə alaraq, insanlara tövsiyə edir ki, əllərinizi qəpik və ya kağız pullar kimi tez-tez toxunulan istənilən səthə və əşyaya vurduqdan sonra düzgün şəkildə, müntəzəm olaraq yuyun. Əlləriniz təmiz deyilsə, gözlərinizə, ağzınıza və burnunuza toxunmayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.