Maraqlı

Yemək və ya qablaşdırmadan koronavirusa yoluxma mümkündürmü?

23 Aprel 2020 20:55
1 Şərh     Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirusa yoluxma ehtimalı azdır, çünki respirator xəstəliklər qida məhsulları və ya onların qablaşdırılmasından ötürülmür".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya hökumətinin dərc etdiyi koronavirusla bağlı təlimatda deyilir.

Belə ki, əgər koronavirus qidanın üzərində olubsa, o, qızdırıldıqdan sonra məhv olur. Mütəxəssislər ictimaiyyəti təzə məhsulları aldıqdan sonra onları qaynar su ilə diqqətlə yumağa çağırır, yemədən öncə isə məhsulun qabığını soymaq tövsiyə edilir.

Qablaşdırma ilə hər təmasdan sonra əlləri yumaq məsləhət görülür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 297 000-i ötüb. Bunların 588 045 nəfəri sağalıb, 157 974 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.