Maraqlı

Kompüter və noutbuklar üçün ən yaxşı SSD daşıyıcılarının reytinqi tərtib edilib

23 Aprel 2020 08:01
0 Şərh     Baxış: 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IGN" resursunun mütəxəssisləri tərəfindən kompüter və noutbuklar üçün ən yaxşı SSD daşıyıcılarının reytinqi tərtib edilib. Reytinqdə istənilən ehtiyac üçün və müxtəlif qiymət kateqoriyasına uyğun daşıyıcılar yerləşdirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung 860 EVO" ən yaxşı SSD elan edilib. Bu daşıyıcı etibarlıdır, qiyməti daşıyıcının tutumuna uyğun olaraq münasibdir. Bundan başqa, mütəxəssislər "SATA III" interfeysindən məlumat ötürmə sürətinin yüksək olduğunu qeyd ediblər.

"Crucial MX500" ən yaxşı ucuz SSD daşıyıcı elan edilib. Bu daşıyıcı daha bahalı modellərdən sürətlidir. "Oyunlar" üçün "SSD" kateqoriyasında elan edilmiş "WD Black SN750" daşıyıcısı məlumatların yüksək sürətlə ötürülməsi və etibarlılığı ilə seçilir.

"Adata XPG SX8200 Pro" ən yaxşı yükləyici "SSD" elan edilib. Bu model əməliyyat sisteminin işə salınması üçün uyğundur. "Samsung 970 Evo Plus" ən yaxşı "NVMe SSD" elan edilib. "Samsung 860 QVO" isə ən yaxşı "SATA SSD" elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.