Maraqlı

Avtonom mobil robot bazarından əldə olunan gəlir artacaq

16 Aprel 2020 23:10
0 Şərh     Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2030-cu ilədək avtonom mobil robot bazarından əldə olunan gəlir 220,6 milyard dollar olacaq. Bu rəqəm 2020-ci ildən 2030-cu ilədək bazarın orta illik 18.3% artması deməkdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən sferada əldə olunan gəlir sürətlə artacaq. Avtonom mobil robot bazarının dinamik şəkildə artmasına səbəb fərdiləşmə və elektron kommersiyaya olan tələbatın artmasıdır.

Ötən il qlobal miqyasda avtonom mobil robot bazarından əldə olunan gəlir 29,3 milyard olub.

Qeyd edək ki, avtonom mobil robot dedikdə, operatorun nəzarəti olmadan hərəkət edən, sensor və naviqasiya ilə təchiz olunmuş robotlar nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.