Maraqlı

Yarım milyondan çox Zoom hesabı Dark web-də satıldı

16 Aprel 2020 23:50
0 Şərh     Baxış: 1 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir ki, onlayn konfrans tətbiqləri arasında Zoom çox məşhurlaşıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu məşhurluq özü ilə təhlükəsizlik barədə narahatlıqlar da gətirib. Məsafədən təhsil və onlayn iclaslar üçün ideal hesab edilən tətbiqin qaranlıq tərəfləri üzə çıxmağa başlayıb. Belə ki, "Dark web" və haker forumlarında "Zoom" hesabı satılması tətbiq üçün problem yarada bilər.

Bleeping Computer-in yaydığı məlumatda isə deyilir ki, istifadəçilərin Zoom-da toplanan şəxsi məlumatları pulsuz şəkildə haker forumlarında paylaşılır: "Bəzi haker forumlarında minlərlə Zoom hesabı satışa çıxarılıb. İstifadəçilərin şəxsi məlumatlarının yer aldığı hesablar isə xüsusən, bəyənilənlər arasındadır. Bu məlumatların zərərli səbəblərdən dolayı istifadə edilməyəcəyinə isə heç kəs qarantiya vermir.

Kibertəhlükəsizlik şirkəti Cyble Zoom hesablarının forum vasitəsilə satıldığını aşkar etdikdən sonra maraqlı yola əl atıb. Şirkət məsələni araşdırmaq üçün satışa çıxarılan 530.000 Zoom hesabını satın alıb. Hər hesab üçün 0,0020 dollar ödəyən firma satın alınan hesabların sahiblərini şifrələrini dəyişdirməsi məsələsində xəbərdar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.