Maraqlı

Zəncəfil qədər immuniteti gücləndirən vasitələr açıqlandı

13 Aprel 2020 13:42
133 Şərh     Baxış: 3 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun yayılmağa başladığı vaxtdan zəncəfilə olan tələbat kəskin artıb və nəticədə, bitkinin qiyməti bahalaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq immuniteti gücləndirən digər vasitələr barədə məlumat verib.

Ekspert qeyd edib ki, zəncəfil orqanizmin müdafiəsini artıran və profilaktikasını həyata keçirən təsirli vasitə olsa da, yeganə məhsul deyil.

Onun fikrincə, soğan, sarımsaq, qırmızı turp, kələm bakteriyaları öldürən və inkişafına mane olan fitonsidlərlə zəngindir.

"Sarıkök, qarağat, qaragilə, mərcanı, moruq isə orqanizmdə iltihabı azaldan təsirli vasitələrdir", - deyə M.Ginzburg əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.