Maraqlı

“Koronavirus testləri məhdud saydadır” - Amazon laboratoriya yaradır

14 Aprel 2020 21:10
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amazon şirkətinin rəhbərliyi işçilərin koronavirusa yoluxub-yoluxmamasını yoxlayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu məqsədlə yeni laboratoriya hazırlanacaq.

Məlumata əsasən, Amazona məxsus 50-dən çox müəsisədə yoluxma faktları qeydə alınıb.

"Təəssüf ki, bu gün COVID-19 testləri məhdud saydadır, qıtlıq içində yaşayırıq. Bununla əlaqədar öz işçilərimizi yoxlamaq üçün laboratoriya yaratmağı düşündük.

İlk laboratoriyamız üçün lazım olan avadanlıqları almağa başladıq, tezliklə qabaqcıl işçilərimizi yoxlamağı planlaşdırırıq", - deyə şirkətin bloqunda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.