Maraqlı

“Facebook” pulsuz qrup videoçat funksiyasına malik proqramını təqdim edib

7 Aprel 2020 07:41
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti istifadəçilərə "Zoom" kommunikasiya xidmətinin analoqunu - "Messenger"in masaüstü versiyasını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, artıq yeni proqramı "Microsoft Store" (Windows) və "Mac App Store" (macOS) proqram mağazalarından yükləmək olar. Kompüterlər üçün nəzərdə tutulmuş "Messenger" proqramı heç bir məhdudiyyət olmadan yüksək keyfiyyətli səsli və video formatda ünsiyyət qurmağa, faylları paylaşmağa və bildirişləri tənzimləməyə imkan verir.

"Messenger"in masaüstü və mobil versiyaları arasında yazışma avtomatik sinxronlaşdırılır. Həmçinin "gecə rejimi" və animasiyalı GIF fayllar dəstəklənir.

Kompüter üçün versiya xidmətə olan yüksək tələbata cavab olaraq istifadəyə verilib. "Facebook"un nümayəndəsi bildirib ki, son ayda "Messenger"in veb versiyasında səsli və videozənglərin sayında 100%-lik artım müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.