Maraqlı

Facebook Zoomla rəqabət aparmağa başladı!

7 Aprel 2020 20:50
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkəti istifadəçilərə "Zoom" kommunikasiya xidmətinin analoqunu - "Messenger"in masaüstü versiyasını təqdim edib.

Artıq yeni proqramı "Microsoft Store" (Windows) və "Mac App Store" (macOS) proqram mağazalarından yükləmək olar. Kompüterlər üçün nəzərdə tutulmuş "Messenger" proqramı heç bir məhdudiyyət olmadan yüksək keyfiyyətli səsli və video formatda ünsiyyət qurmağa, faylları paylaşmağa və bildirişləri tənzimləməyə imkan verir.

"Messenger"in masaüstü və mobil versiyaları arasında yazışma avtomatik sinxronlaşdırılır. Həmçinin "gecə rejimi" və animasiyalı GIF fayllar dəstəklənir.

Kompüter üçün versiya xidmətə olan yüksək tələbata cavab olaraq istifadəyə verilib. "Facebook"un nümayəndəsi bildirib ki, son ayda "Messenger"in veb versiyasında səsli və videozənglərin sayında 100%-lik artım müşahidə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.