Maraqlı

Çin koronavirusa hansı texnologiyalarla qalib gəldi?

7 Aprel 2020 23:10
2 Şərh     Baxış: 1 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı vaxtda Çində vəziyyətin nisbətən sabitləşməsi əksər ölkələrin marağına səbəb olub. Amma çoxları Çinin virusa yüksək texnologiya vasitəsilə qalib gəldiyindən xəbərsizdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çin hökuməti 14 gün karantinə alınan vətəndaşların evdən çıxmamalarına əmin olmaq üçün qapıların önünə kamera yerləşdirib.

Bununla yanaşı, dronlar vasitəsilə xalqa "evdə qalın" çağırışı edilib.

Üstəlik, əhalinin mobil telefonlarına yüklənən tətbiqdəki barkod vasitəsilə onların səhhəti nəzarətə alınıb. Toplanan məlumatlar İnformasiya Mərkəzində qeyd olunub. Tətbiqlərdəki yaşıl, sarı və qırmızı rənglər isə əhaliyə necə davranmalı olduqlarını izah edir. Qırmızı rəng ərazidə karantin rejimi olduğunu, yaşıl isə sərbəst gəzməyin mümkünlüyünü bildirir.

Çin hökuməti pandemiya ilə mübarizədə Wechat, Alibaba, Tencent, Alipay və digər texnologiya şirkətlərinin köməyindən istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.