Hollivud ulduzu Ancelina Coli və həmkarı Kolin Farrelin sevgili olduqları deyilir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisaya yaxın mənbələrdən biri "Radar Online"a müsahibəsində bildirib.
2004-cü ildə "İsgəndər" filminin çəkilişləri zamanı baş rolu canlandıran məşhurlar həmin ərəfələrdə də biri-birinə qarşı isti münasibəti ilə gündəmdə olmuşdu.
Colinin hazırda Kolinə ikinci şans verdiyi deyilir. Ulduzlar bu barədə suallara isə cavab verməkdən imtina ediblər.
Milli.Az