Maraqlı

İnsan orqanizmində koronavirusun yeni ocağı aşkarlandı

3 Aprel 2020 20:35
2 Şərh     Baxış: 3 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 xəstəliyinə səbəb olan SARS-CoV-2 koronavirusu insan orqanizmində təkcə ağciyərlərdə çoxalmır, yuxarı tənəffüs yolları və bağırsaqlar da infeksiya mənbəyidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alman və ingilis elm adamları uzun araşdırmalardan sonra belə qənaətə gəliblər. 

Mütəxəssislər COVID-19-la bağlı doqquz hadisənin ətraflı təhlilini aparıblar.

Xəstəliyin simptomları aşkar edildiyi ilk həftə ərzində hər bir xəstənin badamcığından olan nümunələrdə virusun miqdarı yüksək olub.

Bundan əlavə, COVID-19-a yoluxan xəstənin həm yuxarı tənəffüs yollarında, həm də ağciyərlərində SARS-CoV-2-nin fərqli ştammları aşkar edilib ki, bu da onların müstəqil inkişaf etdiklərini göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.