Maraqlı

Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

2 Aprel 2020 08:01
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prosessor smartfonun "ürəyi" hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. Buna görə çipset istehsalçıları daima bir-biri ilə rəqabət aparırlar. "Counterpoint Research" şirkətinin araşdırmasına görə, "Samsung" öz rəqibi "Apple"ı sıxışdıraraq bu seqmentdə möhkəmlənməyə nail olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Apple" korporasiyası uzun müddət mobil prosessor istehsalçıları arasında üçüncü yeri tutub, amma 2019-cu ildə onun göstəriciləri 0,5% azalaraq bazar payı 13,1%-ə enib. Eyni zamanda "Samsung" şirkəti öz mövqeyini 2,2% artıraraq bazar payını 14,1%-ə çatdırıb.

Mobil prosessorların satış həcminə görə "Qualcomm" (33,4%) və "MediaTek" (24,6%) lider olaraq qalırlar. Analitiklərin fikrincə, bu il "MediaTek" şirkəti öz mövqeyini möhkəmləndirmək üçün yaxşı şansa malikdir. Belə ki, "Samsung" öz ucuz "5G" telefonları üçün daha çox "MediaTek" çipindən istifadə etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.