Maraqlı

Küçə üçün pilotsuz dezinfektor maşın hazırlanacaq

31 Mart 2020 08:45
3 Şərh     Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada küçələri dezinfeksiya etmək üçün pilotsuz dezinfektor maşın istehsal olunacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən maşının hazırlanması bir neçə aya başa gələcək.

Maşının hazırlanmasında bir neçə yerli şirkət, o cümlədən məşhur pilotsuz avtomobil istehsalçısı "StarLine" maraqlıdır.

Məlumata görə, hazırlanacaq pilotsuz maşın adi pilotsuz avtomobillərdən bir o qədər də fərqlənməyəcək:" Sadəcə bu maşında dezinfeksiya etmək üçün maddə püskürən alət olacaq".

Bu cihazın artıq Çində istifadə olunduğu da qeyd edilib.

İlkin məlumata əsasən, maşın operator tərəfindən idarə olunacaq. Əgər maşın işinin öhdəsindən gələ bilməsə, o zaman operator iş prosesinə müdaxilə edəcək.

Qeyd edək ki, pilotsuz dezinfektor maşın bir çox ölkələrdə, həmçinin Rusiyada da yayılan "COVID19" pandemiyasının qarşısını almaq üçün istehsal olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.