Maraqlı

Tibbi maskanı xəstə insanlar taxmalı, sağlam olanlar isə...

28 Mart 2020 23:45
9 Şərh     Baxış: 4 998
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəstə insanlar kimisə yoluxdurmamaq üçün tibbi maskadan istifadə etməlidirlər".

Bunu apteklərdə tibbi maska çatışmazlığı barədə sualı cavablandıran Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Səhiyyə nazirinin müavini Viktor Qasımov açıqlayıb.

V. Qasımov deyib ki, sağlam insanların adi halda maskadan istifadə ettməsi düzgün deyil. Onun sözlərinə görə, sağlam şəxslər yalnız insanlar çox olan yerdə tibbi maskadan istifadə edə bilərlər.

Nazir müavini tibbi maskaların xaricə aparılmasının qarşısının alınması üçün qadağa tətbiq olunduğunu da nəzərə çatdırıb.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə Azərbaycanda kifayət qədər maska və qoruyucu vasitələrin olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.