Maraqlı

Feysbuk koronavirusdan nələr qazandı? - Heyrətamiz göstəricilər

28 Mart 2020 08:46
0 Şərh     Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla əlaqədar insanların məsafədən işləməsi başda Feysbuk olmaqla,bir sıra sosial şəbəkələrin istifadəçi sayını artırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Feysbukun yayımladığı göstəricilərə görə, şirkətə aid platformalardakı mesajların sayı 50% artıb. Messencer və WhatsAppla aparılan səsli danışıqların sayı isə 2 dəfə çoxalıb.

Hər gün yüzlərlə insanın koronavirusdan həyatını itirdiyi İtaliya sosial şəbəkələrdən istifadə sayına görə liderdir. Ölkə istifadəçilərinin vaxtlarının 70%-ni Feysbuk platformalarında keçirdikləri məlum olub. İtaliyadakı Feysbuk və İnstaqram canlı yayımlarının sayı da 2 dəfə artıb. Feysbuk virusla əlaqədar qrup danışıqlarının sayında da xeyli artım olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.