Maraqlı

“Nəticələri ağlasığmaz olur” - Ekspert Gradient proqramının sirlərini açdı

26 Mart 2020 08:01
0 Şərh     Baxış: 1 100

Son vaxtlar çoxlarının istifadə etdiyi "Gradient" proqramı insanların hansı milliyyətə aid olduğunu "göstərir". Populyar tətbiq, həqiqətənmi, doğru nəticələri verir?

""Gradient" proqramı 4 milliyyət təyin edir və bu nəticələrdən əksəriyyəti ağlasığmaz olur. Bir çox halda tətbiq əlaqəsiz və səhv məlumatları ortaya çıxarır. Təəssüf ki, artıq hər kəs bu proqramdan istifadə edərək nəticəni sosial şəbəkələrdə paylaşır".

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu SSM eksperti Türkan Əkbərova deyib.

T.Əkbərova tətbiqin 2019-cu ilin sentyabr ayından populyarlıq qazandığını bildirib: "Sosial şəbəkələrin aktiv istifadəçiləri "Gradient" mobil əlavəsindən istifadə edərək, müvafiq bölümünə öz fotosunu yükləyib dünyaca məşhur oxşarını tapa bilirdilər. Həmin proqramdan indi olduğu kimi Azərbaycanın və digər ölkələrin də tanınmış simaları da istifadə etmişdi. Hazırda bu proqram yeni funksiyasını işə salıb. Proqram istifadəçilərin hansı milliyyətə məxsus olduğunu tapır. İstehlakçılar bu axtarışları tətbiqə yüklədikləri selfie vasitəsi ilə edirlər. Beləliklə, bu proqrama tək bir şəkli yükləyərək istənilən insanın hansı milliyətə məxsus olduğunu bilmək olar".

Ekspert bildirib ki, əslində proqramın məqsədi keçən ildə olduğu kimi yalnız qazanc əldə etməkdir: "Bu proqramda yalnız məhdud bir müddət üçün istifadə edə biləcəyiniz pulsuz versiya mövcuddur. Pulsuz sınaq müddəti başa çatdıqdan sonra tətbiqdən istifadə etmək üçün insanlardan müəyyən ödənişlər tələb olunur. Bu ödənişlər avtomatik olaraq alındığı üçün istifadəçilər çox diqqətli olmalıdırlar. Tətbiq fəaliyyətinin ikinci maraqlı yönü də, reklam üçün heç nə etməməyidir. İstifadəçilər proqramın nəticəsini sosial şəbəkədə sürətlə paylaşaraq,özləridə bilmədən reklam etmiş olurlar".

""Gradient" tətbiqinin təhlükəsizlik məsələsi müzakirə belə olunmayıb. İstifadəçi razılığı şərtlərini hərtərəfli incələnmədiyi halda proqramın belə sürətlə yayılması düzgün deyil. Bu səbəbdən istifadəçiyə məxsus məlumatın kim üçün toplandığı və nə üçün istifadə edildiyi tam məlum deyil", - deyə mütəxəssis qeyd edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.