Maraqlı

Huawei Koronavirusu analiz edə biləcək süni zəka inkişaf etdirdi

24 Mart 2020 22:50
0 Şərh     Baxış: 1 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Huawei Cloud tibbi görüntüləri sürətli şəkildə analiz edən və həkimlərə çatdıran süni intellekt dəstəkli bir coronavirus diaqnoz xidməti yaratdı. Şirkət, universitet və xəstəxanalara təqdim etdiyi bu xidmətlə həkimlərin üstündəki yükü yüngülləşdirəcək.
Huawei'nin süni intellekt (AI) qurumsal bulud xidməti olan Huawei Cloud, Huazhong Elm və Texnologiya Universiteti və Lanwon Texnologiya ilə birlikdə COVID-19 üçün süni intellekt dəstəkli bir kantitativ tibbi görüntü analiz xidməti yaradır.
Huawei'nin süni intellekt dəstəkli bu sistemi CT(kompüterli tomoqrafiya) məlumatlarını sürətli şəkildə analiz edərək avtomatik şəkildə həkimlərə çatdırır. Coronavirusu asanlıqla müəyyən edən sistem hamının işini asalandıracaqmış kimi görünür.
Həmçinin bu sistem coronavirusun erkən, inkişaf etmiş və şiddətli mərhələlərini nəzərdən keçirə bilir, laboratoriya analizlərini doğru bir şəkildə ayırd edərək klinik məlumatlarla qarşılaşdırır.
Coronavirus diaqonuzu üçün yaradılan "AI + CT" tibbi görüntü analiz xidməti, Huawei Cloud'un ElHealth tibbi görüntü analiz platformasına əsaslanaraq yaradıldı. Huawei' görə Huawei Cloud, COVİD-19 üzərində süni intellekt əsaslı elmi araşdırma proyektləri davam etdirmək üçün növbənöv şirkətlərlə birlikdə işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.