Maraqlı

Məşhur texnologiya şirkətlərinin rəhbərləri günə saat neçədə başlayırlar?

19 Mart 2020 23:55
0 Şərh     Baxış: 1 384
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nəhəng texnologiya şirkətlərinin rəhbərləri belə uğurlu olmalarının səbəblərini çox vaxt gərgin rejimdə işləmələri ilə əlaqələndirirlər. Bəs onlar işə saat neçədə başlayır və hansı iş rituallarına əməl edirlər?

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple-ın rəhbəri Tim Cook daha çox uğur qazanmaq üçün yuxudan saat 03:45-də durur. O, 04:30-da artıq bir neçə lazımi email göndərməyə başlayır. Səhər saat 5-də isə səhər idmanını edir. O, ofisə ən tez gəlib, ən gec gedən şəxslər arasındadır.

Tvitterin rəhbəri Jak Dorsey isə günə səhər saat 5-də buz vannası qəbul edərək başlayır. Daha sonra 8 kilometr qaçır və gündə bir dəfə yemək yeyir. Gündə bir saat meditasiya edir. 42 yaşlı milyarder 20 ildir meditasiya ilə məşğul olduğunu deyir.

Apple-ın 2011-ci ildə vəfat edən yaradıcısı Stiv Cobs günə saat 6-da başlayırdı.

Yahoo-nun keçmiş rəhbəri Marisa Mayer də yuxudan tez oyanan məşhurlar arasındadır. O, Yahoo-ya rəhbərlik etdiyi dövrdə cəmi 4 saat yatırdı.

General Motorsun rəhbəri Mary Barranın da səhər saat 6-da artıq ofisdə olduğu deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.