Maraqlı

2019-cu ildə satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb

19 Mart 2020 07:21
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu ildə ABŞ-da satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb. "TechCrunch" nəşrinin məlumatına görə, bu göstərici bu qurğuların qlobal satış səviyyəsini göstərir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2019-cu ilin ikinci yarısında "LG", "OnePlus" və "Samsung" şirkətləri tərəfindən satılmış 5G smartfonların sayı ilin ilk yarısı ilə müqayisədə 9 dəfə artıb. 2019-cu ildə qlobal bazara 5G texnologiyasını dəstəkləyən 13,5 milyon smartfon çıxarılıb, 2020-ci ildə bu göstərici 236 milyonadək arta bilər. Bu halda nəşr yazır ki, araşdırma koronavirus infeksiyasının pandemiya kimi elan edilməsindən öncə aparılıb.

Bundan başqa, ABŞ-ın 10 istifadəçisindən 9-u 5G texnologiyasının mövcudluğu haqqında məlumatlıdır.

İndi 5G şəbəkələri yalnız ABŞ, Çin və Cənubi Koreyanın bəzi ərazilərində sınaq dövründə işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.