Maraqlı

Yaponlar korona xəstələrini bu üsulla müalicə edir

21 Mart 2020 19:55
0 Şərh     Baxış: 3 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxmuş ağır vəziyyətdə olan xəstələrin əksəriyyəti ürək-ağciyər reanimasiya aparatının köməyi ilə sağalıb.

Milli.Az axar.az-a istinadən  xəbər verir ki, bu qənaətə yapon həkimləri apardıqları araşdırma nəticəsində gəliblər. Belə ki, bütün ölkə üzrə koronavirusa yoluxmuş ən azı 23 nəfər Ekstrakorporal Membran Oksigenasiya aparatı (ECMO) vasitəsilə müalicə olunub.

ECMO aparatı ürəyin və ağciyərin fəaliyyətinə kömək edir. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu aparat həmin orqanlara istirahət üçün şərait yaradır. Bu aparatla müalicə almış 23 nəfərdən heç biri vəfat etməyib və daha 12 nəfər hazırda onunla müalicə kursu keçərək sağalmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.