Maraqlı

Redmi LCD ekranlı telefonda ekran içi barmaq izi skanerinin necə işlədiyini göstərdi

21 Mart 2020 16:55
0 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkətinin alt markası olan Redmi, ekranda barmaq izi texnologiyasını LCD ekranlı telefonlarına da gətirəcəyini eşitdirdi. Redmi, yeni texnologiyasının təqdimatı üçün bir də video paylaşdı.

Ekran içi barmaq izi sensorları, telefonlarda və bəzi orta sinif cihazlarda istifadə edilməyə başlandı. Barmaq izi sensorunun ekran içinə yerləşdirilməsi, bu an üçün OLED ekran tələb edir. Ancaq Goodix kimi biometrik şəxsiyyət təsdiqləmə şirkətləri, texnologiyanı 2020-ci ildə LCD ekranlara tətbiq etməyi planlaşdırdığını daha əvvəl təsdiqləmişdi.

Redmi də barmaq izi sensorunu ekranın içinə yerləşdirmək istəyən şirkətlərdən biri idi. Şirkətin ümumi müdiri Lu Veibinq, sonda ekran içi barmaq izi sensoruna sahib bir LCD smartfon təqdim etdi. O, Weibo ilə paylaşdığı bir videoda texnologiyanın necə işlədiyini də açıqladı.

OLED ekranlardakı barmaq izi sensorları, bir istifadəçinin barmaq izinin piksellərin barmağı işıqlandırmasıyla oxuya bilir. Ancaq, LCD ekranlar arxadan işıqlandırmalı olduğu üçün barmaq izini oxuya bilmir. Lu, bu problemi işıq yolu ilə həll etdiklərini ifadə edir.

Texnologiyanın Redmi telefonlara nə vaxt tətbiq olunacağı mövzusunda da şərh gəlmədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.