Maraqlı

F-35 layihəsində böhran: Qırıcıda 883 problem aşkarlanıb

21 Mart 2020 11:55
1 Şərh     Baxış: 1 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin də istehsalçı ölkə kimi yer aldığı F-35 layihəsində böhran yaşanır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ-da aparılan araşdırma nəticəsində qırıcı təyyarədə 883 xəta aşkar edilib

Hesabatda qeyd olunur ki, örrtaya çıxarılan çatışmazlıqlar təyyarənin uçuşu zamanı ciddi problemlərə yol aça bilər.

Amerika Birləşmiş Ştatları, Türkiyə ,İngiltərə, İtaliya, Niderland, Avstraliya, Norveç və Danimarkanın birgə layihəsi olan F-35-də aşkar edilən xətalardan 448-ni aradan qaldırmaq mümkün deyil. Çünki istehsalçı şirkətlər arasında bəzi anlaşılmazlıqlar var.

Bundan başqa, hesabtda deyilir ki, bəzi xətalar test pilotları tərəfindən fərq edilib. Ancaq istehsalçı şirkətlər tərəfindən ciddiyə alınmadığından həlli üçün addımlar atılmayıb.

İstehsalçı şirkətlərdən Loockheed Martin-in rəsmiləri isə xətaların aradan qaldırılması üçün əlavə ödəniş barədə müqavilə tələb edirlər. Şirkət təmsilçiləri döyüş maşınının şərtlərə uygun istehsal edildiyini və buna görə də bir problem olmadığını qeyd edirlər.

Məlumat üçün əlavə edək ki, 162 xəta üçün hansısa həll düşünülmdiyi qeyd olunub. Yəni şirkətlər bu xətaların həlli ilə maraqlanmayacaqlar. Digər yanaşmaya görə, ümumiyyətlə sözügedən çatışmazlıqların necə aradan qaldırılacağı bəlli deyil. 273 xətanın isə artıq həllini tapdığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.