Maraqlı

Müsəlman xanım gözdən əlillər üçün bələdçi ayaqqabı icad etdi

17 Mart 2020 07:41
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Feysəlabad Dövlət Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi Şanza Munir, gözdən əlillər üçün ayaqqabı icad edib. "Ağıllı çəkmələr" Şanzadın bir universitet layihəsidir. Onları xüsusi olaraq, gözdən əlillər üçün hazırlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Şanza ayaqqabıların əlil insanlar üçün köməkçi bir vasitə və ideal bir bələdçi olacağına ümid edir. "Ayaqqabılar daxili bir vibrasiya sensoruna sahibdir. Bu, istifadəçini yaxınlaşan çuxur barədə xəbərdar edir. Ayaqqabılar həmçinin istifadəçiyə 200 santimetr radiusda rast gəlinən maneələr barədə məlumat verəcək və xəbərdar edəcək", - deyə o qeyd edib. Hesabatlar göstərdi ki, bir cüt "ağıllı ayaqqabı" istehsalının dəyəri 10.000-12.000 rupi (təxminən 140 ilə 169 ABŞ dolları) arasında dəyişəcək. İxtiraçı kütləvi istehsal üçün qiymətin azalacağını qeyd edib. Hakimiyyət maraq göstərərək kütləvi istehsalına sponsorluq edərsə, Şanza daha böyük miqyasda ayaqqabı istehsalını başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.