Maraqlı

YouTube platforması koronavirusdan pul qazanmağa icazə verdi

14 Mart 2020 22:25
0 Şərh     Baxış: 1 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Videohostinq mövcud epidemiyanın aktuallığına görə məzmun istehsalçıları ilə razılaşdı

COVID-19 virusunun yayılmasından sonra YouTube şirkəti epidemiyanın əks olunduğu  bütün materialları silməyə və bloklamağa başladı. Lakin sözügedən şəbəkənin bu addımı  istifadəçilərin neqativ reaksiyalarına səbəb oldu. Görünür, istifadəçi reaksiyaları YouTube-un qərarını dəyişdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, YouTube-un rəsmi bloqunda yaydığı məlumata görə, koronavirusla bağlı materiallar yenidən yayımlanacaq.

YouTube-un baş direktoru Susan Wojcichn bildirib ki, şirkət SARS-CoV-2 epidemiyasının insanların gündəlik müzakirə mövzusuna çevrildiyini müşahidə edib: "Buna görə də, bu mövzu ilə bağlı bloger və xəbər qurumlarına mane olmayacağıq. Həmin kanallara reklam bölmələri növbəti həftələrdə geri qaytarılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.