Maraqlı

“8K” televizorlar bazarının həcmi 5 dəfə artacaq

14 Mart 2020 07:31
0 Şərh     Baxış: 540
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə "8K" televizorların qlobal tədarük həcmi 2019-cu illə müqayisədə (430 min) 2 milyon təşkil edəcək. Artım belə avadanlığın istehsalına çəkilən xərclərin optimallaşdırılması, "5G" şəbəkələrinin işə salınması və ultra yüksək dəqiqlikli televizorların tanıdılması üzrə istehsalçıların səyləri ilə izah edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda aşağıdakı brendlərin çeşidində "8K" televizorları var: "Samsung", "TCL", "Sharp", "LG" və "Sony". Bu yaxınlarda Tayvanın "AU Optronics" (AUO) və "Innolux" şirkətləri də bu cür displeylərin istehsalına başlayıb.

Bundan əvvəl "8K Association" beynəlxalq qeyri-kommersiya təşkilatına daxil olan "Samsung Electronics" və 15 aparıcı elektronika istehsalçısı "8K" televizorların cavab verməli olduğu standart və texniki spesifikasiyaları müəyyənləşdiriblər.

"8K" TV kateqoriyasına təsvir ölçüsü 7680x4320 piksel olan, saniyədə 24, 30 və 60 kadr tezliyinə malik və maksimal parlaqlığı 600 nitdən çox olan displeylə təchiz edilmiş televizorlar aid ediləcək. Bundan başqa, televizorda "HDMI 2.1" videoçıxışı və "HEVC" kodek dəstəyi nəzərdə tutulmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.