Maraqlı

Marsın kaloniyalaşdırılmasının detalları açıqlandı

12 Mart 2020 21:40
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəhəng kosmik şirkət SpaceX-in rəhbəri Elon Mask illərdir söylədiyi Marsın kaloniyalaşdırılması planının detallarını açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Marsın kaloniyalaşdırılmasında məqsəd insanların Yerdən kənarda ilk məskunlaşmasını həyata keçirmək, kaloniya qurmaqdır.

İngiltərənin İndependent qəzetinin məlumatına görə, Mask kaloniyalaşdırmanın detallarını SpaceX-də keçirilən bir tədbirdə çıxış edərkən sadalayıb. Bildirib ki, bu məqsədlə Starship adlı ulduz gəmisi inşa olunacaq. Layihə çərçivəsində şirkət hər üç gündən bir yenidən istifadə edilə bilən roket və kosmik gəmi istehsal etməlidir. Elon Maskın sözlərinə görə, gəmi 41 ton ağırlığında yük daşıya biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.