Maraqlı

“Android” sistemində bir sıra təhlükəli boşluqlar aradan qaldırılıb

10 Mart 2020 07:31
0 Şərh     Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" şirkəti "Android" əməliyyat sistemi üçün 71 boşluğu aradan qaldıran planlı təhlükəsizlik yeniləmələri təqdim edib. Problemlər "Android Oreo", "Android Pie" və "Android 10" versiyalarına aid olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, ən təhlükəli boşluqlar multimedia proqram platformasında (CVE-2020-0032, CVE-2020-0033, CVE-2020-0034) aradan qaldırılıb. Onlardan istifadə hakerə sərbəst kodu məsafədən xüsusi yaradılmış fayl vasitəsilə imtiyazlı proses kontekstində yerinə yetirməyə imkan verib.

Bildirilir ki, digər təhlükəli boşluqlar nüvə komponentlərində (CVE-2019-19527, CVE-2019-19537, CVE-2020-0040, CVE-2020-0041) mövcud olub. Onların ikisindən istifadə lokal hakerə xüsusi yaradılmış "USB" qurğusunun köməyi ilə sərbəst kodu yerinə yetirməyə imkan verib. "Android" sistemli qurğuya hücum üçün cinayətkarın smartfona fiziki çıxış imkanı olmalıdır.

Daha çox (48) boşluq "Qualcomm" komponentlərində aradan qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.