Maraqlı

“Nokia”nın baş direktoru şirkəti tərk edir

10 Mart 2020 08:15
0 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nokia"nın baş direktoru Raciv Suri şirkəti tərk edəcək. "TechCrunch" nəşri yazır ki, Finlandiyanın İT şirkəti bu barədə martın 2-də açıqlama verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 52 yaşlı Raciv Suri 31 Avqust 2020-ci il tarixində CEO vəzifəsindən istefaya gedəcək və 2021-ci il yanvarın 1-dək şirkətin idarə heyətində qalacaq. Onu Finlandiyanın "Fortum" enerji şirkətinə rəhbərlik edən Pekka Lundmark əvəz edəcək. Əvvəllər "Nokia" şirkətində işləmiş yeni CEO sentyabrın 1-dən öz vəzifəsinin icrasına başlayacaq.

Suri deyib ki, "Nokia"da 25 il işlədikdən sonra özünü başqa sahədə sınamaq istəyir. Nəşr yazıb ki, hazırkı baş direktor "Bloomberg" nəşri tərəfindən Finlandiya şirkəti haqqında materialın dərcindən bir neçə gün sonra istefa verib. Məlumata görə, telekommunikasiya biznesində kəskin rəqabət səbəbindən "Nokia" bəzi aktivlərini sataraq digər şirkətlərlə birləşmək variantını nəzərdən keçirir. İsveçin "Ericsson" şirkəti ilə birləşmə ehtimalı daha böyükdür.

Nəşrin məlumatına görə, Finlandiya şirkəti "5G" bazarında öz rəqiblərinə, xüsusən "Huawei" və "Ericsson"a uduzur.

Gələcək CEO Pekka Lundmark "Nokia"nın beşinci nəsil şəbəkələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib. "Əminəm ki, şirkət "5G" texnologiyasını inkişaf etdirməkdə maraqlıdır, həmçinin müştərilərimiz, işçilərimiz və səhmdarlarımız qarşısında öhdəliklərin yerinə yetirilməsini öz məqsədim hesab edirəm" - Lundmark bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.