Maraqlı

Redmi Note 9 Pro smartfonu Geekbench testlərindən keçdi

10 Mart 2020 22:10
0 Şərh     Baxış: 1 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Geekbench bençmark saytında Redmi Note 9 Pro smartfon modeli aşkar adilib. Geekbench testləri nəticəsində smartfonun hansı prosessor ilə təchiz olunacağı məlum olub. Bu barədə Mysmartprice saytı xəbər verib. Beləliklə Geekbecnh məlumatlarına əsasən smartfon Qualcomm-un 8 nüvəli prosessor modeli ilə təchiz olunacaq. Məlumatda hansı model Snapdragon-dan istifadə olunacağı qeyd olunmayıb.

Lakin çox güman ki, Redmi Note 9 Pro modeli Snapdragon 730 və ya Snapdragon 730G ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Geekbench-in birnüvəli testində 569 xal, çoxnüvəli testində isə 1755 xal toplayıb. Testlərdən keçmiş model 6 GB RAM-a və Android 10 əməliyyat sisteminə sahib olub. Bundan əlavə olaraq Redmi Note 9 Pro modeli dördlü arxa kameraya da sahib olmalıdır. Redmi Note 9 Pro modeli adi Redmi Note 9 ilə birlikdə 12 mart tarixində təqdim olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.