Maraqlı

Finlandiyada 4 günlük iş həftəsi test olunur

5 Mart 2020 08:11
0 Şərh     Baxış: 1 189
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Finlandiyada bir neçə şirkət dörd günlük iş həftəsinə keçdiyini elan edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, test çərçivəsində həyata keçirilir, dövlət səviyyəsində isə heç bir dəyişiklik edilməyib.

Belə ki, eskperiment çərçivəsində, ilk olaraq, dörd günlük iş həftəsinə "Work" reklam agentliyi keçəcək. Əməkdaşların maaşı dəyişməz olaraq qalacaq.

"Vapa" piar agentliyi isə başqa yola əl atıb. Orada iş günü altı saatədək azaldılıb. Burada da maaş eyni qalıb.

Şirkətlərin fikrincə, bu halda belə əməkdaşlar 40 saatlıq iş həftəsində olduğu kimi məhsuldar çalışacaq.

Dövlət isə hələ heç nəyi dəyişməyi planlaşdırmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.