Maraqlı

Koronavirusa görə filmin premyera tarixinin dəyişdirilməsini istəyirlər

4 Mart 2020 09:33
0 Şərh     Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ceyms Bond pərəstişkarları koronavirusun yayılması səbəbindən "Ölmək vaxtı deyil" filminin premyera tarixinin dəyişdirilməsini xahiş edirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, kinomanların fikrincə bir ay sonra təqdimatı planlaşdırılan ekran işinin premyerası ərəfəsində ABŞ-da virusa yoluxan insanların sayı pik həddə çatacaq. Bu isə kinoteatrların bağlanmasına səbəb olacaq.

Film şirkəti isə pərəstişkarların bu müraciətinə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, "Ölmək vaxtı deyil" filminin premyerasının apreldə reallaşacağı gözlənilir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.