Maraqlı

Dünyada ən çox yüklənən proqram hansıdır?

8 Mart 2020 22:55
0 Şərh     Baxış: 2 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkətinə məxsus "WhatsApp" messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. "Sensor Tower"in araşdırmasına görə, 2020-ci ilin yanvarında "TikTok" lider olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2020-ci ilin yanvarında "TikTok" messenceri 104,7 milyon dəfə ("App Store" və "Google Play" məlumatları qeydə alınıb) yüklənilib. Ümumi yükləmələrin 34,4%-i Hindistanın, 10,4%-i isə Braziliyanın payına düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə "TikTok" yükləmələrinin sayı dünyada 46%, 2019-cu ilin dekabrı ilə müqayisədə 27% yüksəlib. 2020-ci ilin yanvarında "WhatsApp" yükləmələrinin sayı 90,6 milyon təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 10% çoxdur.

Ən çox yüklənən proqramların ilk beşliyinə, həmçinin "Facebook", "Instagram" və "Facebook Messenger" daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.