Maraqlı

Stiven Siqal 330 min dollar cərimələndi

1 Mart 2020 10:55
0 Şərh     Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hökuməti aktyor-müğənni Stiven Siqalı "Bitcoin2Gen" kripto valyutasının reklamından əldə etdiyi gəlirləri haqda məlumatları ört-basdır etdiyi üçün 330 min dollar cərimə edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının saytında məlumat yerləşdirilib.

Komissiyanın məlumatına görə, Siqal 250 min dollar nağd pul alıb. Həmçinin "Bitcoiin2Gen"in səfiri olan və onun investisiyalarını sosial şəbəkələrdə reklam edən aktyor 750 min dollara yaxın əldə etdiyi gəliri gizlətmək istəyib.

Amerika Nəzarət Orqanı isə bu işlə məşğul olan hər kəsin investisiyaların reklamından əldə olunan bütün gəlirləri haqda ətraflı məlumat verməyə borclu olduqlarını bildirib.

Siqala eyni zamanda üç il müddətində qiymətli kağızlar və kripto valyuta reklamı ilə məşğul olmaq qadağan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.