Maraqlı

Koronavirus - 2020: Dünyada nələr baş verdi? - XRONOLOGİYA

29 Fevral 2020 16:36
3 Şərh     Baxış: 2 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günədək dünyada 83358 koronavirusa yoluxma halı qeydə alınıb. Ölənlərin sayı 2858, sağalanların sayı isə 36557 nəfərdir.

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda virus 53 ölkədə qeydə alınıb.

Koronavirusa ən çox yoluxma halı isə Çində qeyd alınıb - 78824 nəfər.

İndi isə koronavirusun yayılması ilə bağlı bəzi xronoloji məqamlara nəzər salaq:

Mart ayının 1-dən Rusiya Cənubi Koreya ilə hava nəqliyyatını məhdudlaşdıracaq.

Fevralın 28-də Dünya Turizm Şurası koronavirusun turizmə 22 milyard ziyan vurducunu açıqlayıb.

Fevralın 28-dən Rusiya İranla hava nəqliyyatını məhdudlaşdrırır.

Fevralın 26-da Braziliya, Yunanıstan, Gürcüstan, Makedoniya, Norveç, Pakistan və Rumıniyada ilk dəfə koronavirusa yoluxma halı qeydə alındı.

Həmin gün Avstriya, Əlcazair, Xorvatiya və İsveçrədə , bir gün əvvəl isə, Əfqansıtan, Bəhreyn, İraq və Küveytdə virusla bağlı ilk hal aşkarlanıb.

Fevralın 24-də İtaliyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb. Fevralın 20-də Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiya koronavirusa görə, Çinlə ticarətdən hər gün 1 milyad itirir.

Fevralın 19-da Tümen şəhər xəstəxanasına yerləşdrilən 144 nəfərin karantin vaxtı bitib. Onlar hamısı sağlam şəikldə evə buraxılıb.

Bir gün əvvəl isə Rusiyanın baş naziri Mixail Mişustin Çinli turistlərin Rusiya ərazisinə gəlişinin müvəqqəti məhdudlaşdırılması barədə srəncam imzlayıb.

Həmin gün "Apple" koronavirusa görə, Çində istehsal olunn "iPhone"ların müştərlərinə çatdırılmasına müvəqqəti qadağa qoyub.

Fevralın 15-də Avropada koronavirusdan ilk ölüm faktı qeydə alınııb. Fransada çinli turist vəfat edib.

Fevralın 13-də Londonda koronavirusla bağlı ilk hal qeydə alınıb.

Fevralın 12-də virus təhlüksiylə bağlı Barselonada keçiriləcək olan və Deutsche Telekom, Vodafone, BT, Nokia kimi iri şirkətlərin iştirak edəcəkləri Mobil-konress təxirə salınıb.

Həmin gün dünyanın almaz və neft bzarlarında qi2ymətlər düşməyə başlayıb.

Fevralın 11-də Dünya Səhiyyə təşkilatı Çin koronavirusuna COVID-19 (corona virus disease 2019) adı verib.

Fevralın 11-də Çində hava nəqliyyatında sərnişin daşımsı 75 faiz azalma qeydə alınıb.

Fevralın 9-da Sinqapurda - Lockheed Martin, Raytheon, Bombardier, Gulfstream kimi şirkətlərin iştirak etdiyi avia-şou təxirə salınıb.

Fevralın 6-da koronovirusa görə Tesla-qıq aksiyalarının dəyəri 17 faiz ucuzlaşdı. Həmin gün prezident Vladimir Putin virusla mübarizə üçün Çinə kömək edəcəklərini bəyan edib.

Fevralın 5-də rusiaylıların Çindən evakuasiysası başa çatdı. Həmin gün Yapon səyahət gəəmisndə 10 nəfərdəkoronavirus aşkarlandı, Rusiya səhiyyə nazirliyi virusla mübarizəyə 1,2 milyad rubl ayırıb.

Fevralın 4-də Honkonqda ilk koronoviruusa yoluxma halı qeydə alınıb.

Fevralın 3-də Rusiya Çinlə dəmir yolu nəqliyyatını dayandırıb.

Fevralın 2-də Çindən kənarda - Filippində ilk dəfə koronovirusa yoluxma halı aşkarlanıb.

Fevralın 1-də İspaniya və isveçdə ilk koronvirusa yoluxma halı qeydə alınıb.

Yavarın 31-də Çinin Huawei, habelə , Xiaomi, Vivo, Realme, ZTE, Lenovo şirkətləri Rusiyaya smartfon ixracını dayandırıblar.

Yanvarın 30-da ÜST koronovirus epidemiyası ilə ağlı fövqaladə vəziyyət elan edib, Rusiyanın baş naziri Mixail Mişustin Uzaq Şərqdə Çinlə sərhədlərin bağlanmasıyla bağlı sərəncaam imzlayıb.

Yanvarın 29-da koronovirusa yoluxanların sayı 6 minə çatıb, "Toyota", "Honda", habelə "Starbucks" kofe şəbəkəsəi bu ölkdə fəaliyyətini dayandırıb, "Google" ofisini bağlayıb, "British Airways" Çinə reysləri təxirə salıb.

Yanvarın 28-də "Samsung" Çində fəaliyyyətini dayandırmsını elna edib. Həmin gün koronavirsudan ölənlərin sayı 100 nəfəri keçib.

Yanvarın 27-də "Brent" marakalı neftin qiyməti 60 dollardan aşağı düşüb.

Yanvarın 25-də Çin turizm şirkətləri qrupp turlarnını qadağan edib.

Yanvarın 24-də ölənlərin sayı 25 nəfərə çatıb. Yanvarın 23-də Çindən virusun yayıldığı Uhan şəhərinə hava və dəmiryolu nəqliyyatı dayandırılıb.

Yanvarın 21-də rusiyalı nazir müavini Sergey Krayevoy koronavirusü Rusiyaay qarşı bioloji təhlükə adlandırıb.

Yanvarın 20-də çinli alimlər virusun insandan insana keçdiyini bəyan ediblər.

Yanvarın 9-da Uhanda koronovirusdan ilk adam ölüb.

Yanvarın 1-də isə virusun mənbəyinin Uhandakı bazardan qaynaqlandığı bildrilib.

Bir gün əvvəl isə Ümumdünya Səhiyyə Təşkilatı 11 milyon insanın yaşaydıığı Uhan şəhərində yeni virusun yayıldığı barədə ilk bildriş alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.