Maraqlı

Redmi-nin rəhbəri Redmi K30 Pro-nun qiymətinə işarə etdi

3 Mart 2020 23:45
0 Şərh     Baxış: 1 442
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Redmi brendi artıq K30 Pro flaqman smartfon modelinin ön panelinin dizaynını sərgiləyib və onun təqribi təqdimat tarixini açıqlayıb. Bu səbəbdən də istifadəçilər Redmi K30 Pro-nun hansı qiymətə satılacağı barəsində suallar verməyə başlayıblar. Redmi brendinin rəhbəri olan Liu Weibing isə istifadəçilərin bu sullarına fikir bildirib.

Milli.Az technote.az-a istinadən bildirir ki, Çinin Weibo soail şəbəkəsində istifadəçilərin Redmi K30 Pro smartfon modelinin qiyməti barəsində qızğın müzakirələrinə Redmi brendinin rəhbəri nöqtə qoymağa qərar verib. Öz səhifəsində o bunları qeyd edib: "Redmi K30 Pro modeli Snapdragon 865 əsaslı smartfonun büdcəli versiyası heç zaman olmayacaq. Bu əsl flaqman smartfon olacaq". İstifadəçilərdən birinin smartfonun 427$-a satılıb-satılmayacağı sualına Liu Weibing cavab olaraq "Daha da irəli gedin" bildirib. Görünür, Pro versiyanın qiyməti adi Redmi K30-un qiymətindən qat-qat baha olacaq. Qeyd etmək lazımdır ki, smartfon gələn ay təqdim olunacaq

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.